...

AMEA-nın Elmi Kitabxanasında "Azərbaycan xalqının soyqırımı" adlı sərgi təşkil edilib

Cəmiyyət Materials 31 Mart 2014 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında mart qırğınlarının 96-cı ildönümünə həsr edilmiş "Azərbaycan xalqının soyqırımı" adlı sərgi təşkil edilib.

Kitabxanadan Trend-ə verilən məlumata görə, sərgidə ermənilərin törətdikləri kütləvi qırğınlar, vəhşiliklər, soyqırım və təcavüz siyasətinin mahiyyətini əks edirən ədəbiyyat nümayiş etdirilib.

Bir neçə bölmədən ibarət olan sərgi "Qanlı illər" bölməsinə həsr edilmiş ədəbiyyatla başlayır. M.M.Nəvvabın "1905-1996-cı illərdə erməni-müsəlman davası", M.S.Ordubadinin "Qanlı illər", V.Arzumanlının "1918-ci il qırğınları" və bir sıra başqa kitablarda ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapıb.

Deportasiya bölməsində 1905-1918-ci illərdə öz torpaqlarından didərgin salınmış soydaşlarımız barədə C.Qasımovun "Repressiyadan deportasiyaya doğru", İ.Vəliyevin "Qaçqınlar", "Fazil Qaraoğlunun 3 cilddə "Ermənilər və həqiqətlər" kimi kitabları sərgilənib.

Qarabağ tarixinə həsr olunmuş "Qarabağ: suallar və faktlar", N.Nərimanovun "Məktublar və Qarabağ məsələsinə dair sənədlər", Həmzə Əliyevin "Dağlıq Qarabağ həqiqətləri" və başqa kitablar yer alıb.

Sərgidə Azərbaycan, rus, Şərq, Qərbi Avropa dillərində 200-dən çox ənənəvi və virtual formada ədəbiyyat, həmçinin fotomateriallar, videogörüntülər, soyqırım həqiqətlərini əks etdirən film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti