...

"MediaMən" Gənclər üçün Jurnalistika Məktəbi layihəsinə start verilir

Cəmiyyət Materials 14 Aprel 2014 12:42 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə gənclər üçün jurnalistika məktəbi layihəsinə başlayır.
"MediaMən" Gənclər üçün Jurnalistika Məktəbi layihəsinə start verilir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə gənclər üçün jurnalistika məktəbi layihəsinə başlayır.

Azərbaycan Jurnalistlər Şəbəkəsindən Trend-ə verilən məlumata görə, "MediaMən" adlanan yeni layihə jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədəcək.

İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər.

Layihədə əsasən foto, radio, qəzetçilik, televiziya və onlayn jurnalistikaya dair təlimlər təşkil olunacaq. "MediaMən" layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.

Layihə barədə daha ətraflı məlumatları aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

www.ajn.az
www.facebook.com/gtmbaku
www.facebook.com/www.ajn.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti