...

Rusiyalı diplomatlar Gədəbəy rayonunda olublar (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2014 13:35 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin rəhbərlik etdiyi bir qrup rusiyalı diplomatdan ibarət nümayəndə heyəti ötən həftə Gədəbəy rayonunda olub.
Rusiyalı diplomatlar Gədəbəy rayonunda olublar (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin rəhbərlik etdiyi bir qrup rusiyalı diplomatdan ibarət nümayəndə heyəti ötən həftə Gədəbəy rayonunda olub. Bu barədə Trend-ə çərşənbə günü səfirlikdən məlumat verilib.

Səfər çərçivəsində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ilə görüş keçirilib. Görüş zamanı müxtəlif iqtisadi və sosial məsələlər üzrə fikir mübadiləsi aparılıb. Rusiyalı həmvətənlərin həyat və iş məsələlərinə xüsusi diqqət ayrılıb.
Doroxin Azərbaycanda rus dili və rus mədəniyyətinə müsbət yanaşılmasını sevindirici hal adlandırıb.

Səfər zamanı rusiyalı diplomatlar Novosaratovka kəndində olublar və Novosaratovka, Novoivanovka və Slavyanka kəndlərində yaşayan həmvətənlərlə görüşüblər. Görüş icmanın liderlərindən biri Nikolay Bıçkova məxsus şəxsi ev-muzeyində keçirilib.

Vladimir Doroxin ev-muzeyə suvenirlər hədiyyə edib. Diplomatlar Novosaratovka məktəbi üçün rus dili üzrə ədəbiyyat dəsti və bədii filmlərin kolleksiyasını gətiriblər.

Novosaratovka kəndinin əsası 18-ci əsrin əvvəllərində çarın əmri ilə bu ərazilərə gələn rusiyalı kəndlilər (malakanlar) tərəfindən qoyulub. Buraya gələnə qədər onlar Saratov quberniyasında yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti