...

Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Cəmiyyət Materials 22 Aprel 2014 18:35 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır.

Trend nazirliyə istinadən məlumat verir ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014"-ə uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz)
2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz)
3. "Astoria Baku mehmanxanası (4 ulduz)
4. "Modern Hotel" mehmanxanası (4 ulduz)
5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti