...

Bakıda intihara cəhd edən keçmiş prokurorluq işçisi hələ 7 il öncə prokurorluq orqanlarından xaric edilib

Cəmiyyət Materials 29 Aprel 2014 15:25 (UTC +04:00)
Qeyd edək ki, F.Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Bakıda intihara cəhd edən keçmiş prokurorluq işçisi hələ 7 il öncə prokurorluq orqanlarından xaric edilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda intihara cəhd edən keçmiş prokurorluq işçisi hələ 2007-ci ildən prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusunu cavablandırarkən bildirib ki, Fəxrəddin Məmmədov Oğuz rayon prokurorluğunda müstəntiq vəzifəsində işləyərkən işdə yol verdiyi kobud qanun pozuntularına görə Baş Prokurorluq üzrə 2 avqust 2007-ci il tarixdə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, F.Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti