...

Dini icmalar arasında məqalə müsabiqəsi yekunlaşıb

Cəmiyyət Materials 5 May 2014 12:20 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların nümayəndələri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məqalə müsabiqəsini yekunlaşdırıb.
Dini icmalar arasında məqalə müsabiqəsi yekunlaşıb

Azərbaycan, Bakı, 5 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların nümayəndələri arasında "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı məqalə müsabiqəsini yekunlaşdırıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin sədri, DQİDK sədrinin 1-ci müavini Səyyad Salahlının verdiyi məlumata görə, ümumilikdə 50-yə yaxın yazı müsabiqədə iştirak edib.

İctimai-siyasi-yaradıcılıq təşkilatlarının nümayəndələrindən və komitə rəhbərliyindən ibarət olan münsiflər heyəti üzvlərinin verdiyi qiymətlərə əsasən ilk üçlük müəyyənləşdirilib. 3-cü yerə Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, 2-ci yerə Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov və 1-ci yerə Göyçay rayon Mərkəz məscidi dini icmasının sədri Müşfiq Əsgərov layiq görülüblər. Bundan başqa 3 nəfər həvəsləndirici mükafat qazanıb.

Qeyd edək ki, qaliblər I yer üçün - 500 , II yer üçün - 400, III yer üçün - 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti