...

Azərbaycanda kitabsevərlər üçün yeni məkan (FOTO)

Cəmiyyət Materials 5 May 2014 13:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binası oxucuların istifadəsinə verilib.
Azərbaycanda kitabsevərlər üçün yeni məkan (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binası oxucuların istifadəsinə verilib.

Trend-in məlumatına görə, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 5 milyona yaxın kitab saxlanılacaq.

Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.

Yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.

Trend oxucularına AMEA-nın Mərkəzi Kitabxanasının yeni binasından görüntüləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti