...

Bu gecə Bakıda daha 3 yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 May 2014 12:21 (UTC +04:00)
Bu gecə Bakıda daha 3 yolda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bu gecə Bakıda daha 3 yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Bu gecə Bakıda daha 3 yolda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Füzuli və Şamil Əzizbəyov küçələri, eləcə də Bülbül prospektində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar adıçəkilən yollarda nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti