...

Baş Prokurorluq: Hüquqi qeydiyyatdan keçməyən QHT rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb, maddi sübutlar götürülüb

Cəmiyyət Materials 6 May 2014 21:46 (UTC +04:00)
Baş Prokurorluq hüquq müdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib.
Baş Prokurorluq: Hüquqi qeydiyyatdan keçməyən QHT rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb, maddi sübutlar götürülüb

Azərbaycan, Bakı, 6 may /Trend/

Baş Prokurorluq hüquq müdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hüquqi qeydiyyatdan keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökumət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb.

Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcılar aşkar edilərək maddi sübut kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti