Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Xəzər rayonu Yesenin, Almas İldırım küçələrində və Mərdəkan-Şüvəlan yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.