...

ADA Universitetinin tələbələri Azərbaycanı Astanada keçirilən Gənclik Debatında təmsil ediblər (FOTO)

Cəmiyyət Materials 7 May 2014 17:11 (UTC +04:00)
ADA Universitetinin bakalavr tələbələri Rugiyə Qəhrəmanlı, Emil Ağcayev və Gülnar Dadaşova Qazaxıstanın paytaxtı Astanada keçirilən və Asiya İnkişaf Bankı tərəfindən təşkil edilən Gənclik Debatları 2014-də Azərbaycanı təmsil ediblər.
ADA Universitetinin tələbələri Azərbaycanı Astanada keçirilən Gənclik Debatında təmsil ediblər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

ADA Universitetinin bakalavr tələbələri Rugiyə Qəhrəmanlı, Emil Ağcayev və Gülnar Dadaşova Qazaxıstanın paytaxtı Astanada keçirilən və Asiya İnkişaf Bankı tərəfindən təşkil edilən Gənclik Debatları 2014-də Azərbaycanı təmsil ediblər.

30 aprel - 1 may tarixlərində "İkinci Asiya Gənclik Forumu: Sərhədləri aşan Tərəfdaşlıq " adı altnda keçirilən forumunda 15 ölkəni təmsil edən 60 gənc lider iştirak edib, müxtəlif mövzular ətrafında öz fikirlərini bildirib və müzakirələr aparıb. Yarışlarda ikinci yeri tutan komandamızın üzvü, ADA Universitetinin bakalavr tələbəsi Ruqiyə Qəhrəmanlı bütün ölkələrin təmsilçiləri arasında "Ən yaxşı debatçı" və ADA Universitetinin təmsil etdiyi Azərbaycan komandası oynanılan raundlara əsasən ən günclü komanda adına layiq görülmüşdür.

"Birinci yeri tutan komanda ilə bizim komandanın qələbələrinin sayı eyni oldu. Elə buna görə də turnirin ən güclü komandası seçilməyimiz heç də təsadüfü deyil", - deyərək Gülnar öz sevincini bölüşüb.

Qeyd edək ki, debatların məqsədi gənclərin Asiya və Sakit okeanı bölgəsində baş verən mühüm inkişaflar barədə məlumatlılığı, bilik və bacarıqlarını nümayiş etdirmək məqsədi daşıyır. Debatlar zamanı iqlim dəyişikliyi, təhsil, işəgötürmə və işsizlik, ətraf mühit, o cümlədən idarəçilik kimi mövzular ətrafında müzakirələr aparılıb.

"Bu təkcə bizim və ADA Universitetinin deyil, bütün Azərbaycanın qələbəsidir. Bayrağımızı yüksəklərə qaldırdığımız üçün fəxr edirik", - deyə Emil Ağcayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti