Azərbaycan, Bakı, 10 may /Trend/
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər paytaxt sakinləri və qonaqlar tərəfindən coşqu ilə qarşılanıb.