Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 15-00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Hacıqabul və Daşkəsən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.