...

İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinə yeni müdir təyin olunub

Cəmiyyət Materials 20 May 2014 10:01 (UTC +04:00)
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Bakı ofisinə yeni müdir təyin olunub.
İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinə yeni müdir təyin olunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Bakı ofisinə yeni müdir təyin olunub.

Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, yeni müdir Mehdi Rasidir. O, indiyədək bu vəzifədə çalışan Əhməd Kazimini əvəz edib.

Yeni müdir artıq Bakıdadır və təhvil-təslim işləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Kazimi 5 il idi ki, İranın dövlət televiziyasının Bakı ofisinin rəhbəri vəzifəsində çalışırdı.

M.Rasi bundan öncə İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri üzrə ofislərində müdir müavini vəzifələrində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti