...

Bakıda İƏT-in rəhbər komitəsinin ilk iclası keçiriləcək

Cəmiyyət Materials 11 İyun 2014 10:44 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitə cari ilin 17-18 iyun tarixlərində Bakıda ilk iclasını keçirəcək.
Bakıda İƏT-in rəhbər komitəsinin ilk iclası keçiriləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitə cari ilin 17-18 iyun tarixlərində Bakıda ilk iclasını keçirəcək.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in Əmək Nazirlərinin növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, İƏT-in əmək nazirlərinin ötən il ölkəmizdə keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur. Sənədin icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış və İƏT-ə üzv 9 ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyətli dövlət qurumlarının təmsil olunduğu Rəhbər Komitəyə 2015-ci ildə keçiriləcək əmək nazirlərinin növbəti konfransına qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti