...

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

Cəmiyyət Materials 12 İyun 2014 10:14 (UTC +04:00)
Nazirlər Kabineti
Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Nazirlər Kabinetindən Trend-ə daxil olan məlumata görə, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərara alıb ki, "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycanda minimum istehlak səbətinin tərkibi" yeni redaksiyada təsdiq edilsin.

Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi

  1. 1. Ərzaq məhsulları (kq-la illik)

Sıra

№-si

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

  1. 2. Qeyri-ərzaq malları

Sıra

№-si

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliy-yətli əhali

Pensi-yaçılar

Uşaqlar

0-15 yaş

1.

Palto tipli üst geyimləri qrupu

ədəd/il

3/8

3/9

3/2.6

2.

Kostyum tipli üst geyimləri

ədəd/il

9/4.2

8/4.8

12/2

3.

Alt geyimləri

ədəd/il

9/2.5

9/2.7

12/2

4.

Corab məmulatları

cüt/il

7/1.5

4.5/2

6/1.3

5.

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6.4

4/3

6.

Ayaqqabı

cüt/il

6/3.5

5/3.5

6/1.3

7.

Məktəb-yazı ləvazimatları

ədəd/il

3/1

3/1

41/1

8.

Yataq ləvazimatları

ədəd/il

11/7.1

11/7.1

11/7.1

9.

Mədəni məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

10.

İlkin tələbat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

  1. 3. Xidmətlər

Sıra

№-si

Xidmətlərin adı

Ölçü vahidi

İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)

əmək qabiliy-yətli əhali

pensiya-çılar

uşaqlar 0-15 yaş

Mənzil

ümumi sahə kv.m

12

12

12

Mənzillərin qızdırılması

ümumi sahə kv.m

12

12

12

İsti və soyuq su təchizatı

ayda m3

5

5

5

Kanalizasiya

ayda m3

5

5

5

Qaz təchizatı

ayda m3

21

21

21

Enerji təchizatı

ayda kVt/s

50

50

50

Nəqliyyat xidmətləri

bir ildə gediş

692

365

406

Rabitə*

aylıq tarif

-

-

-

İnternet xidmətləri**

aylıq tarif

-

-

-

Digər xidmətlər

bir ayda xidmət-lərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15

Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti