...

Oğlunun xeyrinə saxtakarlıq edən mənzil-tikinti kooperativinin sədrinə cinayət işi açılıb

Cəmiyyət Materials 13 İyun 2014 14:25 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Oğlunun xeyrinə saxtakarlıq edən mənzil-tikinti kooperativinin sədrinə cinayət işi açılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kv.m qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti