Azərbaycan, Bakı, 16 iyun /Trend/
Sabah Azərbaycanda havanın dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-21 dərəcə, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 19-21 dərəcə, gündüz 32-34 dərəcə isti olacaqdır.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 23-24 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında iyunun 17-də havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.