...

Azad Rəhimov: Azərbaycan hökuməti "Böyük İpək Yolu" təşkilatının ideyalarını dəstəkləməyi öz üzərinə götürür (FOTO)

Cəmiyyət Materials 19 İyun 2014 10:55
Gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.
Azad Rəhimov: Azərbaycan hökuməti "Böyük İpək Yolu" təşkilatının ideyalarını dəstəkləməyi öz üzərinə götürür (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən Azad Rəhimov bu münasibətlə onları təbrik edib: "Bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirib. Qeyd etməliyəm ki, gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür."

Nazir tədbir iştirakçılarını oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib.

Daha sonra iclas seksiyalarda öz işini davam edib.

Eyni zamanda, səfəri çərçivəsində nazir Azad Rəhimov Saloniki şəhərinin meri Yannis Butarislə və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti