...

"ASAN xidmət"dən sosial aksiya: Qarabağ müharibəsi veteranlarına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib (FOTO)

Cəmiyyət Materials 26 İyun 2014 10:57
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "ASAN xidmət" Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib.
"ASAN xidmət"dən sosial aksiya: Qarabağ müharibəsi veteranlarına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "ASAN xidmət" Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib.

"ASAN xidmət"dən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində "Səyyar ASAN xidmət" vasitəsilə bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə "ASAN xidmət" bu günə kimi 100-ə yaxın kənardan qulluğa və yardıma ehtiyacı olan əlil və sağlamlıq imkanları məhdud uşaq, həmçinin cəzaçəkmə müəssisəsində 67 qadın məhkuma səyyar formada xidmətlərin həyata keçirilməsini təmin edib.

Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasına daxil edilib. Təsadüfi deyil ki, "ASAN xidmət" - Xalqa xidmət deyimi bu fəaliyyətlə tam səsləşir.

"ASAN xidmət" öz ənənəsinə sadiq qalaraq bu tipli sosial məsuliyyət yönümlü aksiyaların təşkil edilməsini mütəmadi qaydada həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti