...

Gənclər Fondu əsgərlərlə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 1 İyul 2014 13:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində bir çox tədbirlər həyata keçirmiş və maliyyələşdirmişdir.
Gənclər Fondu əsgərlərlə görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində bir çox tədbirlər həyata keçirmiş və maliyyələşdirmişdir.

Daha öncə Gənclər Fondu Novruz bayramı ilə bağlı olaraq Göygöl rayonunun Toğana kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirmişdir.

Fonddan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin davamı olaraq Fond 26 iyun-Silahlı qüvvələr günü münasibətilə 30 iyun 2014-cü il tarixində saat 11:00-da Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirmiş, daha sonra isə hərbi hissədə xidmət edən əsgərlər üçün bayram konserti də təşkil olunmuşdur.

Tədbirdə hərbi hissənin rəhbər heyəti, Tovuz rayon Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, Fondun Aparat rəhbəri Faiq Qürbətov, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Fondun əməkdaşları və könüllü gənclər iştirak etmişlər.

Sonda hərbi hissənin rəhbərliyi tərəfindən Fondun rəhbərliyinə və kollektivinə hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi yüksək fəaliyyətə və qayğıkeşliyə görə Fəxri Fərman təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti