...

Bakıda istehlakçıları aldadan mağaza sahibinin fırıldağı ifşa olundu

Cəmiyyət Materials 5 İyul 2014 11:35 (UTC +04:00)
Qanun pozuntusuna yol vermiş Ləman Mustafayeva barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Bakıda istehlakçıları aldadan mağaza sahibinin fırıldağı ifşa olundu

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda istehlakçıların çaşdırılmasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüsü Hacıyev döngəsi, ev 12 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mustafayeva Ləman Fazil qızına məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın pəncərələrində satışda olan malların maya dəyərinə satıldığı barədə reklam yayımlansa da, malların maya dəyəri qiymətinə satılmadığı aşkar edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş Ləman Mustafayeva barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti