...

Sabahdan Azərbaycanda hava nisbətən sərin keçəcək, temperatur enəcək

Cəmiyyət Materials 19 İyul 2014 12:34
Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərin keçəcək, temperatur tədricən 3-4 dərəcə enəcək.
Sabahdan Azərbaycanda hava nisbətən sərin keçəcək, temperatur enəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərin keçəcək, temperatur tədricən 3-4 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 20-21-də ölkə ərazisində nisbətən sərin hava şəraiti hökm sürəcək.

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 20-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısammüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Ölkə ərazisində belə hava şəraitinin iyulun 22-dək davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti