Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/
Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb: "Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qaraşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir".
P.Mürsəliyev qeyd edib ki, piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.