Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciət və sənədlərin qəbulu elektron formada aparılacaq.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Elektron xidmət növlərinin Siyahısı"na yeni əlavə edilib.
Bu əlavəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciət və sənədlərin qəbulu da elektron xidmətlərin siyahısına əlavə edilib.
Qeyd edilən xidmət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstəriləcək.