Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/
Daxili İşlər Nazirliyi (DİN) polis olmaq istəyən Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayon sakinləri üçün qəbul elan edib.
DİN-dən Trend-ə verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.