...

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 500 vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub

Cəmiyyət Materials 6 Avqust 2014 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin 6 ayı ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 500 vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 115 nəfəri əlillər, 105 nəfəri qaçqın və məcburi köçkünlər, 122 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 91 nəfəri 20 yaşadək gənclər, 13 nəfəri müharibə veteranları, 12 nəfəri şəhid ailəsi üzvləridir. Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 13 nəfər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən 10 nəfər, pensiya yaşına 2 ildən az qalmış 19 nəfər kvota əsasında iş yerləri təmin olunublar.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti