...

Səttar Mehbalıyev: Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Cəmiyyət Materials 7 Avqust 2014 16:13 (UTC +04:00)
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.
Səttar Mehbalıyev: Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, görüş zamanı S.Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verib. AHİK sədri qeyd edib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq mövcuddur.

S.Mehbalıyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra AHİK xarici əlaqələrinin inkişafına xüsusi önəm verib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bu sahədə böyük uğurlar əldə edib və dünyanın bir çox ölkələrinin həmkarlar ittifaqları, o cümlədən bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla ilə sıx əməkdaşlıq qurub.

O, vurğulayıb ki, AHİK Türkiyə və digər ölkələrin təcrübəsindən yararlanaraq "Həmkarlar ittifaqları haqqında" qanun hazırlayb və bu qanun layihəsi Milli Məclisində qəbul edilib.

Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən S.Mehbalıyev əlavə edib ki, AHİK ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri əməkdaşlıq etdiyi bütün ölkələrin həmkarlar təşkilatlarının diqqətinə çatdırır.

Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Talib Geylan səmimi qəbula görə təşəkkür edərək qeyd edib ki, bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin həmkarlar ittifaqları arasında da səmərəli əməkdaşlıq mühiti mövcuddur. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycana bu sahədə köməklik göstərməyi, fikir və təcrübə münadiləsi aparmağa hazır olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti