...

Azərbaycanda bu il qidadan zəhərlənmələrin təxminən 32 faizi iyulda qeydə alınıb

Cəmiyyət Materials 13 Avqust 2014 14:23 (UTC +04:00)
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 757 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycanda bu il qidadan zəhərlənmələrin təxminən 32 faizi iyulda qeydə alınıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda təkcə iyul ayında baş verən qida zəhərlənmələrinin və zərərçəkənlərin sayı bu ilin ilk 6 ayı üzrə qeydə alınan göstəricilərin təxminən yarısını təşkil edib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 757 qida zəhərlənməsi hadisəsi baş verib. Qida zəhərlənməsi nəticəsində 845 nəfər zəhərlənib. Bu müddətdə 13 botulizm hadisəsi baş verib. Nəticədə 19 nəfər zərər çəkib. Təkcə iyulda qida zəhərlənmələrinin sayı 236, zərərçəkənlərin sayı isə 268 olub.

Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu il yanvar-iyun ayları ərzində Azərbaycanda 521 qida zəhərlənməsi baş verib, nəticədə 577 nəfər zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti