...

Səhiyyə Nazirliyi 108 obyektin istismarının dayandırılmasına qərar verib

Cəmiyyət Materials 13 Avqust 2014 14:35 (UTC +04:00)
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 23 sahibkar inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi 108 obyektin istismarının dayandırılmasına qərar verib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 323 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 67 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 108 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 92 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 3062, mikrobioloji göstəricilərinə görə 3432, toksikoloji göstəricilərinə görə 668 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 60-da orqanoleptik və fiziki-kimyəvi, 41-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti