...

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 27 Avqust 2014 11:26
Respublikanın bir sıra rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elmar İlqaroğlu/

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma və təftiş işlərinin aparılması ilə əlaqədar saat 16:00-dan 18:00-dək Samux rayonunun, saat 15:00-dan 18:00-dək Bərdə və Tərtər rayonlarının, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun, saat 17:00-dək Abşeron, Binəqədi və Kürdəmir rayonlarının, saat 18:00-dək Qusar, Lənkəran, Qazax, Biləsuvar və Göyçay rayonlarının, saat 19:00-dək Şamaxı rayonunun, saat 13:00-dək Ağdam rayonunun, təmir işləri başa çatanadək Nəsimi, Xəzər, Nizami, Yevlax, Xızı və Şəki rayonlarının bir hissəsinə, saat 18:00-dək isə Ağstafa və Şabran rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti