...

Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək

Cəmiyyət Materials 1 Sentyabr 2014 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, sentyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gecə və səhər arabir güclənəcək, gündüz nisbətən mülayimləşəcək

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sentaybrın 2-də əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti