...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb

Cəmiyyət Materials 4 Sentyabr 2014 10:56 (UTC +04:00)
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb.

Müsabiqədə iştirak edən abituriyentlər istədikləri ixtisasları seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək ərizəsini təsdiqləyiblər.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

İxtisas seçiminin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur.

Nəticələrin elan olunmasına dair ilkin məlumatları TQDK-nın səhifəsindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti