...

Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçiriləcək

Cəmiyyət Materials 8 Sentyabr 2014 15:38 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçirəcək.
Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, sentyabrın 9-da xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən Azərbaycan Tibb Universitetinə tələbələrin köçürülməsi ilə bağlı yoxlama imtahanı keçirəcək. İmtahan saat 14:00-da Azərbaycan Tibb Universitetinin V korpusunda başlanacaq və 1 saat 30 dəqiqə ərzində aparılacaq. Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılmış və 36 tələbə müraciət etmişdir. İmtahan bir necə fənn (I kurs tələbələri üçün "Normal anatomiya" (I və II semestrin materialları əsasında), "Tibbi biologiya və genetika", "Ümumi və bioüzvi kimya"; II kurs tələbələri üçün "Normal anatomiya", "Normal fiziologiya, Biokimya", III, IV, V kurs tələbələri üçün "Patoloji anatomiya və patoloji fiziologiya", "Mikrobiologiya, Biokimya" fənni" üzrə aparılacaq.

İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb. Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti