...

Azərbaycanın yerli iti "Qurdbasar" Astanada təqdim edilib (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2014 15:43 (UTC +04:00)
Sentyabrın 20-21-də Qazaxıstanın paytaxtı Astanada milli və qədim cins itlərin problemlərinə həsr edilmiş beynəlxalq "dəyirmi masa” keçirilib. Nüfuzlu tədbirdə 10-dək ölkənin mütəxəssisləri iştirak ediblər.
Azərbaycanın yerli iti "Qurdbasar" Astanada təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sentyabrın 20-21-də Qazaxıstanın paytaxtı Astanada milli və qədim cins itlərin problemlərinə həsr edilmiş beynəlxalq "dəyirmi masa" keçirilib. Nüfuzlu tədbirdə 10-dək ölkənin mütəxəssisləri iştirak ediblər.

Trend-in məlumatına görə, Azərbaycanı "Qafqaz it cinsləri" İctimai Birliyinin sədri İlham Qasımzadə təmsil edib.

Qazaxıstan Senatının sabiq üzvü və "Kansonar" Ovçuluq təsərrüfatlarının İdarə Heyətinin rəhbəri Oralbay Abdıkərimovun çıxışından sonra Qazaxıstanın yerli qoyun iti "Tobet"in şəkli əks etdirilən Qazaxıstan Milli Bankının 925 əyarlı gümüş sikkəsi nümayiş etdirilib. "Respublikanın dəyərləri" seriyasından olan bu yeni pul vahidi 500 təngə dəyərindədir.

Yığıncaq Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Rusiyanın kinologiya və ovçuluq təsərrüfatı sahəsində mütəxəssislərinin çıxışları ilə davam edib. İ.Qasızmadə Azərbaycanın yerli çoban iti "Qurdbasar"ın da milli ənənələrimizdə xüsusi dəyərləri barədə ətraflı məruzə ilə çıxış edib.

"Dəyirmi masa"nın sonunda ölkələrimizin yerli aborigen itlərini gələcəkdə tanıtmaq üçün beynəlxalq təşkilat yaradılması barədə işçi qrupu yaradılıb. İ.Qasımzadə həmin işçi qrupunun üzvü seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti