...

Bakı dünyada mənfi proseslərlə mübarizədə ilk sıralardadır

Cəmiyyət Materials 3 Oktyabr 2014 16:50 (UTC +04:00)
Dünyada mənfi proseslərə qarşı mübarizə gündən-günə güclənir və Bakı bu mübarizənin ilk sıralarındadır.
Bakı dünyada mənfi proseslərlə mübarizədə ilk sıralardadır

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev

Azərbaycanın qədimdən iri ticarət yollarının kəsişməsində yerləşməsi ölkəni regional ticarət, mədəniyyət və elm mərkəzinə çevirib. Hazırda müstəqil Azərbaycan yenidən regionun lideri olub. Təkcə regional deyil, eyni zamanda, dünya əhəmiyyətli iri layihələr başlanğıcını Azərbaycandan götürür. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu var. Bu yaxınlarda isə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq "Cənub Qaz Dəhlizi"nin əsası qoyuldu.

Siyasi və iqtisadi sabitliyi təmin edən Azərbaycan hazırda bütün dünyada humanitar dialoqun qurulmasına öz töhfəsini vermək üçün mümkün olan hər şeyi edir. Belə məkanlardan biri artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumudur.

Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışındakı çıxışında bildirib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir: "Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud idi və xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir".

Qərblə Şərqin arasında yerləşən, Qərbdə və müsəlman dünyasında tanınmış Azərbaycan hazırda müxtəlif ölkələr və dinlər arasında mədəniyyət körpüsünə çevrilib.

Bütün dünyadan olan nümayəndələrin məhz Bakıda dinc yaşamağın yollarını axtarmağa çalışması rəmzidir. Axı, qonşu Ermənistan tərəfindən ərazisinin 20 faizi işğal olunan Azərbaycan təcavüz, dözümsüzlük, etnik təmizləmələrin nə olduğunu daha yaxşı bilir. İndiyədək bir milyondan çox qaçqın və məcburi köçkün öz torpaqlarına qayıda bilmir.

İlham Əliyev forumda çıxışında qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir: "Bu münaqişənin tezliklə beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır".

Dünyanın müxtəlif yerlərində özünü büruzə verən ikili standartlar, dini və irqi dözümsüzlülük dinc yaşayışın yeni yollarının axtarışını tələb edir.

Dövlət başçısı vurğulayıb ki, bu baxımdan multikulturalizmin alternativi yoxdur.

Prezident İlham Əliyev bildirib: "Qeyd etməliyəm ki, müasir dünyada multikulturalizmə alternativ yoxdur. Dünyanın əksər ölkələri çoxmillətli dövlətlərdir. Əgər multikultiralizm iflasa uğrayıbsa, onun alternativi nə ola bilər? Və bu da çox aydındır. Bu, diskriminasiya, irqçilik, ksenofobiya, islamofobiya, antisemitizmdir. Biz bu təhlükəli tendensiyalara qarşı səsimizi yüksəltməliyik".

Dünyada mənfi proseslərə qarşı mübarizə gündən-günə güclənir və Bakı bu mübarizənin ilk sıralarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti