...

Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmaması qanunvericiliklə tənzimlənəcək

Cəmiyyət Materials 14 Oktyabr 2014 13:38 (UTC +04:00)
Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmamalıdır.
Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmaması qanunvericiliklə tənzimlənəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmamalıdır. Trend-in məlumatına görə, bu barədə dəyişikliklər Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanunda göstərilib ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən "istifadə edilməməsi haqqında məlumat" göstərilməlidir.

Qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov deyib ki, qüvvədə olan maddəyə əsasən ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən "istifadə haqqında məlumatlar" göstərilməli idi.

Onun sözlərinə görə, qanuna edilən mövcud dəyişiklik əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələlər daha da ciddiləşdirəcək.

E.İbrahimov onu da əlavə edib ki, statiskaya nəzər salsaq görərik ki, son illər ərzində insanların çörəyə tələbatı azalıb, yəni insanlar çörəkdən daha az istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti