...

Azərbaycanda mehmanxanalarda bir gecə qalmaq necəyə başa gəlir?

Cəmiyyət Materials 16 Oktyabr 2014 12:20 (UTC +04:00)
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymət 77,8 manat olub.
Azərbaycanda mehmanxanalarda bir gecə qalmaq necəyə başa gəlir?

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymət 77,8 manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə bu göstərici ölkə üzrə orta göstəricidən yüksək olub və 125,9 manat təşkil edib. 2013-cü ilin müvafıq dövrü ilə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 0,4 faiz artaraq 79,8 milyon manata çatıb.

Gəlirlərin 69,5 faizi nömrələrin satışından, 19,9 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışından, 1,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanalarda çalışan işçilərin orta siyahı sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 8118 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əmək haqqının məbbği 469,0 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti