...

Azərbaycanda daha 5 mehmanxanaya "ulduz" verildi

Cəmiyyət Materials 4 Noyabr 2014 16:14 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi daha 5 mehmanxanaya dərəcə sertifikatları verib.
Azərbaycanda daha 5 mehmanxanaya "ulduz" verildi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi daha 5 mehmanxanaya dərəcə sertifikatları verib.

Trend nazirliyin rəsmi saytına istinadən bildirir ki, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib. "Four Seasons Hotel Baku" mehmanxanasına 5 ulduz, "Park Hyatt" mehmanxanasına 5 ulduz, "Askar" mehmanxanasına 3 ulduz, "Nur-1" mehmanxanasına 3 ulduz, "Nur-2" mehmanxanasına isə 3 ulduz verilib.

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 69-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti