...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni addım (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2014 11:53 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni addım (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti və Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" və "Azərbaycanın əmək qanunvericiliyi sistemi" mövzuları üzrə tədris kursları keçiriləcək.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kursların keçirilməsinə bu il noyabrın 10-dan sonra başlanacaq. Kurslarda mütəxəssislərə əmək qanunvericiliyinə, əməyin mühafizəsinə dair elmi-praktiki bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq, iştirakçılara müvafiq sertifikatlar veriləcək.

F.Əlizadə bildirib ki, Əmək Məcəlləsinə əsasən, müəssisə rəhbərləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və onun bu sahədə biliyi yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti