...

26 min manatdan çox məbləğdə gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsi təmin olunub

Cəmiyyət Materials 12 Noyabr 2014 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan tədbirlər nəticəsində cari ilin oktyabr ayında işəgötürənlər tərəfindən ümumilikdə 26 327 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 26 037 manatını əmək haqları, 290 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Eyni zamanda, son bir ayda işdən qeyri-qanuni şəkildə azad olunduğu aşkar edilən 2 nəfər öz işinə bərpa etdirilib.

Əməkhaqları və digər sosial xarakterli ödənişlərin verilməsi sahəsində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi bu sahədə müsbət dinamika ilə müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayı ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği son bir ayda 19,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti