Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək.
Trend-in əldə etdiyi məlumata görə, A.Paşazadənin İrana səfəri şənbə günü axşam başlayacaq.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İrana sonuncu dəfə 2013-cü ildə (18-23 may) səfər etmişdi.
QMİ-nin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər.