...

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunub (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2014 10:29 (UTC +04:00)
"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçrist rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunub (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçrist rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Qonağları salamlayan BANM-in rektoru Elmar Qasımov, Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini, onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərini yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb və "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və Ali Məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib. Bundan başqa rektor aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini "Halliburton" şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd etdi və onların şirkətdə ödənişlı təcrübə keçdiyi müddətdə nəinki fərdi şəxsiyyət kimi dünya görüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verdi. "Halliburton" şirkətinin nümayəndələrinə, ölkə üzrə meneceri Rəndi Gilçrist, Qazımada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubova, Maili qazma üzrə koordinator Teymur Əliyevə, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova Bakı Ali Neft Məktəbinin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verildi və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirildi.

Öz növbəsində "Halliburton" şirkətinin ölkə üzrə meneceri Rəndi Gilçrist nümayəndə heyətinin və öz adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür etdi və tələbələrin praktiki bilikləri ilə yanaşı nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasına müsbət fikir bildirdi və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqlədi.
Daha sonra BANM-in rəhbərliyi, professor-müəllim heyəti və "Halliburton" şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-in təlim-tədris sisteminə qoşulmalarına və "Haliburton" şirkətinin Ali Məktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və ""Halliburton" günü" adlı tədbirin təşkil olunnmasına dair muzakirələr aparıldı.
"Halliburton" şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırıldı və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmələri üçün seçiləcəyini bildirildi.

Tədbirin sonunda tərəflər görüşdən razılıq bildirdi və xatirə şəkili çəkildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti