...

Bakıda temperatur iqlim normasından aşağı olub

Cəmiyyət Materials 24 Noyabr 2014 11:03 (UTC +04:00)
Ötən gün Bakıda və Abşeron yarımadasında qeydə alınan temperatur iqlim normasından 1 dərəcə aşağı olub.
Bakıda temperatur iqlim normasından aşağı olub

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün Bakıda və Abşeron yarımadasında qeydə alınan temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, noyabrın 26-na kimi hava şəraitinin küləkli keçəcəyi, havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd edək ki, ölkədə mülayim hava şəraitindən sonra noyabrın 21-dən başlayaraq, hava şəraiti dəyişib, temperatur 5-8 dərəcə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti