...

Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 14:37 (UTC +04:00)
03 dekabr 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun əlil sakinləri ilə görüş keçirildi.
Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirildi (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

03 dekabr 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun əlil sakinləri ilə görüş keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və rayon ictimaiyyəti iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov giriş nitqində Beynəlxalq Əlillər gününün ölkəmizdə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunduğunu diqqətə çatdırdı. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirdi.

Qaradağ rayon Əlillər Cəmiyyətinin sədri Müslüm Nurəliyev tədbir iştirakçıları adından çıxış edərək onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdi. Dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını söylədi.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın əlil vətəndaşa rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti