...

Aynur Sofiyeva: Azərbaycan Prezidentinin qayğısı nəticəsində ailələrin rifahının yaxşılaşmasına yönəlik çoxsaylı layihələr həyata keçirilir

Cəmiyyət Materials 23 Dekabr 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan müstəqilliyini qazandığı ilk dövrdə ölkəni müxtəlif istiqamətlərə çəkməyə çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində milli dəyərlər əsasında dövlətçiliyimiz quruldu. Yəni dövlətimiz çox uğurlu və möhkəm bir təməl üzərində yaradıldı. Əlbəttə ki, bu siyasətin bu gün də inkişafı cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla aparılır və bu gün hansı sahəyə baxsaq, orada əldə edilən uğurları və inkişafı aydın şəkildə görürük". Bunu Trend-ə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva bildirib ki, dövlət başçısının qayğısı nəticəsində bu gün Azərbaycanda ailələrin rifahının yaxşılaşmasına yönəlik çoxlu sayda layihələr həyata keçirilir: "Bu layihələr müxtəlif kateqoriyadan olan ailələri, o cümlədən aztəminatlı, çoxuşaqlı, şəhid ailələrini əhatə edir. Uşaq məsələlərinə gəlincə isə, burada da biz bu irəliləyişi görürük. Uşaqların hüquqlarının qorunması, onların sağlam və hərtərəfli inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir".

Onun sözlərinə görə, bu gün cəmiyyətdə qadınların potensiallarını ortaya qoyması, inkişafları üçün qanunvericilik baxımından hər cür imkan yaradılıb: "Yəni bu gün həm qanunvericilik bazasına, həm də dövlət tərəfindən həyata keçirilən proqramlara baxsaq, orada qadınlarla bağlı komponenti görə bilərik. Bu, əlbəttə ki, qadınlara göstərilən diqqətin və onlara verilən önəmin nəticəsidir. O cümlədən ailə məsələlərində bu inkişaf və diqqət göz qabağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti