...

Bakıda avaralıq və dilənçilik edən 98 nəfər saxlanılıb

Cəmiyyət Materials 5 Yanvar 2015 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda avara və dilənçi həyat tərzi keçirən 98 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ Post Patrul Xidməti Bölüyü (PPXB), 6-cı PB, Binəqədi RPİ 40-cı PB, Nərimanov RPİ 18-ci PB, Nərimanov RPİ PPXB əməkdaşlarının yanvarın 2-4 tarixlərində keçirdiyi profilaktiki tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçi həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb.

Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti