...

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 8 Yanvar 2015 09:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək.

Mərkəzi Elmi Kitabxanadan Trend-ə verilən məlumata görə, kitabxananın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallığa səfər edib. Səfərin məqsədi modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması olub.

Səfərdə Azərbaycanın dünyanın ən böyük ikinci kitabxanasında təmsil olunması böyük maraqla qarşılanıb. Bundan irəli gələrək Britaniya Kitabxanasından "Milli Rəqəmsal Yaddaş" üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, ölkəmizdə qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair MEK-in əməkdaşlarına təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti