...

Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək

Cəmiyyət Materials 16 Yanvar 2015 16:45 (UTC +04:00)
Bu il ərzində Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək, Psixonevroloji və Narkoloji dispanserlər isə əsaslı təmir olunacaq.
Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il ərzində Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək, Psixonevroloji və Narkoloji dispanserlər isə əsaslı təmir olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gəncə Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ərzində Gəncədə səhiyyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi işi davam etdiriləcək. Bu il A.Səhhət adına xəstəxana, İnfeksion xəstəxana, 6 saylı poliklinika lazımi müasir avadanlıq və inventarlarla təmin olunduqdan sonra istifadəyə veriləcək.

Ə.Məmmədov bildirib ki, ötən il Mərkəzi Qan bankının Gəncə bölməsində talassemiyalı xəstələr üçün bölmə yaradılıb. Səhiyyə Nazirliyinin 25 iyul 2014-cü il tarixli "Hematoloji xidmətin təkmilləşdirilməsi barədə" 77 saylı əmrinə uyğun olaraq, poliklinikalar üzrə hematoloji kabinetlər yaradılıb, məsul həkimlər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti