...

IDEA "Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları" mövzusunda seminar təşkil edib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2015 10:19 (UTC +04:00)
IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edilib.
IDEA "Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları" mövzusunda seminar təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

IDEA İctimai Birliyinin Resurs Mərkəzində "Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları" mövzusunda seminar təşkil edilib.

Birlikdən Trend-ə bildiriblər ki, nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, neft-qaz mühəndisliyi və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak edib.

Seminarın nəzəri hissəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mütəxəssisi neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, neft hasilatı sənayesində ekoloji standartlar, ölkəmizin bu sahədəki zəngin təcrübəsi və beynəlxalq normalar barədə mühazirə təqdim edib. Mühazirənin yekununda mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilib.

Praktiki hissə zamanı isə iştirakçılar ARDNŞ-nin "Eko Parkını" ziyarət edib və Kompleks Tədqiqatlar Laboratoriyası ilə tanış olublar. Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıqlar, eləcə də onların təyinatı və iş prinsipi ilə yaxından tanış olub, dənizdən və qurudan götürülmüş nümunələrin analiz prosesini izləyib, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə ediblər.

IDEA müntəzəm olaraq elmi sessiyalar, praktiki tədris və ingilis dilində ekoloji mövzular üzrə debatlar təşkil edir. Kurslar və seminarlar barədə məlumat ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (internet səhifəsi, "Instagram" və "Facebook" səhifələri) vasitəsilə çatdırlır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti